Azərbaycan-Slovakiya biznes forumu keçirilib (FOTO)


Digərləri 13 Noy 2018 18:37:00 285 0

Azərbaycan-Slovakiya biznes forumu keçirilib (FOTO)

Bakı Biznes Mərkəzində İqtisadiyyat Nazirliyinin dəstəyi, Azərbaycanda İxracın və İnvestisiyaların Təşviqi Fondunun (AZPROMO) təşkilatçılığı ilə Azərbaycan-Slovakiya biznes forumu keçirilib. T

Bakı. Bakı Biznes Mərkəzində İqtisadiyyat Nazirliyinin dəstəyi, Azərbaycanda İxracın və İnvestisiyaların Təşviqi Fondunun (AZPROMO) təşkilatçılığı ilə Azərbaycan-Slovakiya biznes forumu keçirilib. T İqtisadiyyat Nazirliyindən Trend-ə verilən məlumata görə, tədbirdə Azərbaycan və Slovakiya rəsmiləri ilə yanaşı, sənaye, energetika, İKT, maşınqayırma, kimya, qida, səhiyyə və s. sahələrdə fəaliyyət göstərən 200-ə yaxın şirkətin nümayəndəsi iştirak edib. Tədbirdə çıxış edən İqtisadiyyat naziri Şahin Mustafayev biznes forumun işgüzar dairələr arasında birbaşa danışıqlar aparmaq və əməkdaşlığın perspektivli sahələrini müəyyənləşdirmək, konkret layihələrlə bağlı müzakirələr aparmaq üçün əlverişli platforma olduğunu vurğulayıb. Qeyd olunub ki, Azərbaycan Avropa İttifaqı ölkələri, o cümlədən Slovakiya ilə əlaqələrin inkişafına böyük əhəmiyyət verir. Bu gün Azərbaycan və Avropa İttifaqı arasında geniş əməkdaşlıq mövcuddur. Azərbaycanın Avropanın enerji təhlükəsizliyinin təmin edilməsində rolu, çoxsaylı biznes forumlar, işgüzar görüşlər, həyata keçirilən birgə layihələr uğurlu iqtisadi əməkdaşlığın nümunələridir. Avropa İttifaqı Azərbaycanın əsas xarici ticarət tərəfdaşıdır. 2017-ci ildə Avropa İttifaqı ölkələrinin Azərbaycanın ticarət dövriyyəsində payı 42% (9,4 mlrd. dollar) təşkil edib və 2018-ci ilin 9 ayında 26% artaraq 9 mlrd. dollardan çox olub. Azərbaycan və Slovakiya arasında ticarət dövriyyəsi bu ilin 9 ayında ötən ilin müvafiq dövrü ilə müqayisədə 33% artıb. Hazırda Azərbaycanda xidmət, ticarət, tikinti, nəqliyyat və s. sahələrdə 11 Slovakiya sərmayəli şirkət fəaliyyət göstərir. Bununla belə, ölkələrimiz arasında qarşılıqlı icarət, iqtisadi və investisiya əməkdaşlığını daha da inkişaf etdirmək imkanlar vardır. İqtisadiyyat naziri Azərbaycan və Slovakiya arasında sənaye, energetika, kənd təsərrüfatı, turizm, İKT, nəqliyyat və s. sahələrdə əməkdaşlıq üçün potensialı qeyd edib, hər iki ölkənin işgüzar dairələrini əlverişli biznes mühitdən yararlanmağa, Azərbaycan və Slovakiya arasında ticarət və iqtisadi əlaqələrin inkişafına töhfə verəcək birgə layihələr həyata keçirməyə dəvət edib.