Gövhər Baxşəliyeva: "AMEA əməkdaşlarının məvacibləri günün tələblərinə uyğun deyil"


Digərləri 13 Noy 2018 18:24:00 334 0

Gövhər Baxşəliyeva: "AMEA əməkdaşlarının məvacibləri günün tələblərinə uyğun deyil"

Bu gün Azərbaycan elminin əsas problemi alimlərin məvaciblərinin aşağı olmasıdır.

Son.az Trend-ə istinadən bildirir ki, bunu deputat Gövhər Baxşəliyeva Milli məclisin bu gün keçirilən iclasında deyib.

Deputatın sözlərinə görə, ölkə Prezidentinin fərmanları ilə son illər ərzində Milli Elmlər Akademiyası (AMEA) əməkdaşlarının maaşları bir neçə dəfə artırılıb, həmçinin, son vaxtlar müxbir və həqiqi üzvlərin rütbə maaşları əhəmiyyətli artıb:

"Lakin açığını demək lazımdır ki, AMEA-nın digər əməkdaşlarının məvacibləri günün tələblərinə uyğun deyil. Mövcud məvaciblər hələ də elmin inkişafını təmin edəcək səviyyədə deyil. Belə vəziyyətdə elmdə inkişafa nail olmaq çətin bir məsələdir. Maddi problemlər elmdə yenilənməyə, varislik ənənələrinin qorunmasına da ciddi əngəl törədir. Mövcud maliyyə təminatı gənclərin elmə gəlişinə stimul yaratmır. Bir vaxtlar AMEA institutlarına can atan ali məktəb məzunları indi başqa, daha gəlirli sahələrə üz tuturlar. Nəsillər arasında əlaqənin qırılması isə elm üçün böyük təhlükədir".

Millət vəkili deyib ki, AMEA-nın xalqımızın həyatındakı rolunu qiymətləndirmək üçün dövlət orqanlarında, diplomatik sahədə, ictimai-siyasi səhnədə səmərəli fəaliyyət göstərən, milli intellektual elitanın özəyini təşkil edən şəxsiyyətləri xatırlamaq kifayətdir: