Bakıda daha bir dələduz ələ keçdi


Digərləri 13 Noy 2018 18:29:00 253 0

Bakıda daha bir dələduz ələ keçdi

Bakıda keçmiş icra məmuru Asif Məmmədov həbs edilib.

Son.az Report-a istinadən bildirir ki, ona qarşı Cinayət Məcəlləsinin 34, 312-ci (rüşvətə təhrik etmə), 178.2.2-ci (dələduzluq, təkrar törədildikdə) və 178.2.4-cü (xeyli miqdarda ziyan vurmaqla törədildikdə) maddəsləri ilə ittiham irəli sürülüb.

A.Məmmədov vətəndaşlar - Ələkbər Zeynalov və Naibə Piriyevaya işə düzəldəcəyi vədini verib. Lakin sonradan keçmiş icra məmuru vədinə əməl etməyib.

Hər iki şəxsin hüquq-mühafizə orqanlarına şikayəti əsasında saxlanılan A.Məmmədov barəsində həbs qətimkan tədbiri seçilib.

Artıq onun cinayət işinin ibtidai istintaqı başa çatıb və baxılması üçün Bakı Ağır Cinayətlər Məhkəməsinə göndərilib.