Dünya şöhrətli aktrisa doğuşdan sonra körpəsinin PLASENTASINI İÇDİ


Digərləri 13 Noy 2018 17:56:00 322 0

Dünya şöhrətli aktrisa doğuşdan sonra körpəsinin PLASENTASINI İÇDİ

Bu yaxınlarda ikinci dəfə ana olan aktrisa Hilari Daff körpəsinin plasentasını içib.

Son.az publika-ya istinadən istinadən xəbər verir ki, dünya şöhrətli aktrisa cavan qalmaq üçün qızının plasentasını meyvə suyuna qarışdıraraq içib. 32 yaşlı Daff bunun həyatı boyu içdiyi ən ləzzətli meyvə suyu olduğunu vurğulayıb.

Qeyd edək ki, dünya ulduzları arasında doğumdan sonra körpələrinin plasentalarını içmək dəb halını alıb. Bu trend sosial şəbəkələrin sayəsində sürətlə yayılır. Plasentanın sağlamlığa faydası barədə geniş elmi araşdırmalar və sübutlar olmasa da, plasentanın necə hazırlanması ilə bağlı videoları yutub üzərindən yayımlamağa başlayıb. Hətta yağda qovuran və blenderdən keçirməyə qədər bir çox ürəkbulandrıcı reseptlər var.


Xəbərə aid fotolar