"Avropa İrana qarşı sanksiyalardan yayına bilməyəcək"


Dünya 13 Noy 2018 18:00:00 266 0

"Avropa İrana qarşı sanksiyalardan yayına bilməyəcək"

"Avropa İttifaqı(Aİ) tərəfindən ABŞ-ın İrana qarşı sanksiyalarından yayınmaq üçün hazırlanan maliyyə transaksiya mexanizmi səmərəsiz olacaq".

Son.az Report-a istinadən xəbər verir ki, bunu ABŞ-ın Aİ-dəki daimi nümayəndəsi Qordon Sondlənd bildirib.

"Avropa İttifaqının sanksiyalardan yayınmaq üçün xüsusi mexanizminin, eləcə də istənilən başqa mexanizmlərin faydalı olmayacağına, səmərə verməyəcəyinə əminəm. Avropanın bir çox şirkətlərinin İranla bağlı fəaliyyətinə xitam verməsindən çox razıyam. ABŞ onları alqışlayır", - diplomat vurğulayıb.