Gövhər Baxşəliyeva: AMEA-nın digər əməkdaşlarının məvacibləri günün tələblərinə uyğun deyil


Digərləri 13 Noy 2018 17:57:29 279 0

Gövhər Baxşəliyeva: AMEA-nın digər əməkdaşlarının məvacibləri günün tələblərinə uyğun deyil

Bu gün Azərbaycan elminin əsas problemi alimlərin məvaciblərinin aşağı olmasıdır.

Bakı. Elçin Mehdiyev - Bu gün Azərbaycan elminin əsas problemi alimlərin məvaciblərinin aşağı olmasıdır. Bunu deputat Gövhər Baxşəliyeva Milli məclisin bu gün keçirilən iclasında deyib. Onun sözlərinə görə, ölkə Prezidentinin fərmanları ilə son illər ərzində Milli Elmlər Akademiyası (AMEA) əməkdaşlarının maaşları bir neçə dəfə artırılıb, həmçinin, son vaxtlar müxbir və həqiqi üzvlərin rütbə maaşları əhəmiyyətli artıb: “Lakin açığını demək lazımdır ki, AMEA-nın digər əməkdaşlarının məvacibləri günün tələblərinə uyğun deyil. Mövcud məvaciblər hələ də elmin inkişafını təmin edəcək səviyyədə deyildir.Belə vəziyyətdə elmdə inkişafa nail olmaq çətin bir məsələdir. Maddi problemlər elmdə yeniləşməyə, varislik ənənələrinin qorunmasına da ciddi əngəl törədir. Mövcud maliyyə təminatı gənclərin elmə gəlişinə stimul yaratmır. Bir vaxtlar AMEA institutlarına can atan ali məktəb məzunları indi başqa, daha gəlirli sahələrə üz tuturlar. Nəsillər arasında əlaqənin qırılması isə elm üçün böyük təhlükədir”.