Bakıda qanunsuz fəaliyyət göstərən heyvan kəsimi məntəqələri


Digərləri 13 Noy 2018 17:40:00 303 0

Bakıda qanunsuz fəaliyyət göstərən heyvan kəsimi məntəqələri

Bakı şəhəri Yasamal rayonunda fəaliyyət göstərən qanunsuz heyvan kəsimi məntəqələrinin sahiblərinə ciddi xəbərdarlıq edilib və yol kənarlarında quraşdırılmış qida təhlükəsizliyi tələblərinə uyğun olmayan kəsim qurğuları icra hakimiyyəti orqanlarının nümayəndələri tərəfindən sökülüb.

Son.az xəbər verir ki, Qida Təhlükəsizliyi Agentliyindən Trend-ə verilən məlumata görə, qanunvericiliyin tələblərinə uyğun olaraq Azərbaycan Respublikasının Daxili İşlər Nazirliyi və yerli icra hakimiyyəti orqanları ilə birlikdə bu cür fəaliyyətlərin aradan qaldırılması üçün monitorinqlər davam etdiriləcək və qanunla müəyyən olunmuş qaydada tədbirlər görüləcək.


Xəbərə aid fotolar