Bakıda "7 Gözəl Wedding and Fashion Show 3" keçirildi


Digərləri 13 Noy 2018 17:42:00 323 0

Bakıda "7 Gözəl Wedding and Fashion Show 3" keçirildi

"Pi Group Production" 7 noyabrda "Baku Boulevard Hotel"də möhtəşəm mükafatlandırma və moda gecəsi keçirib.

Son.az xəbər verir ki,"Baku Boulevard Hotel"də keçirilən "7 Gözəl Wedding and Fashion Show 3"də gəlinlik və ziyafət geyimlərinin, makiyaj və saç düzümlərinin nümayişi, rəqs qruplarının və müğənnilərin çıxışı, məhşurların mükafatlandırılması baş tutmuşdur. Gecənin aparıcısı Aytən Əlizadə olmuşdur. Gecədə "Camellia Wedding" "Özəl Wedding" və "JV Wedding" gəlinlik butiklərinin paltarlarının nümayişi baş tutmuşdur. Gecədə "Azəri atəşi" və "Harmony Dance" rəqs qruplarının çıxışı, rəqqasə "Renka Black Angel" əsrarəngiz rəqsi, müğənnilərdən Samira Alimaryam, Fərhad Xəlif, Xuraman Şuşalı, Yaşar Cəlilov, Ayaz Babayev, Pərvanə Talıbzadə və İslam Əlizadə çıxış etmişlər. Layihənin rəhbəri İsmayıl Qasımov ideya müəllifi Pərvanə Məmmədova musiqi rəhbəri Dj Çinadır.