Həkimlərin gözünü çıxarmaq istədikləri körpə Leyla dünya işığını görə biləcəkmi?


Digərləri 13 Noy 2018 17:44:00 326 0

Həkimlərin gözünü çıxarmaq istədikləri körpə Leyla dünya işığını görə biləcəkmi?

Muxtarova Leyla Rəhman qızı 23 iyul 2017-cı ildə doğulub. O, muxtarovlar ailəsinin sonuncu - 3-cü övladıdır. Doğulandan bir müddət sonra Leylanın səhhətində ciddi problem olduğu üzə çıxıb. Belə ki, həkimlər 1 yaşlı Leylanın göz xərçəngindən əziyyət çəkdiyini müəyyən ediblər.

1 yaşlı Leylanın sağ gözü tam görmür və onu bərpa etmək bir daha mümkün olmayacaq, lakin sol gözünün müalicə olunaraq görməsi ehtimalı var.

Muxtarovlar ailəsi balaca Leylanın bu işıqlı dünyanı görməsi üçün getmədiyi qapı qalmayıb. Azərbaycan və Rusiyada bir sıra tibb müəssisələrində olublar. Həkimlər ailəyə deyiblər ki, Leylanın gözlərini çıxarmaq lazımdır. Atası uşağı elə əməliyyat otağındanca götürüb qaçıb. Ümid yerini İsrailin Hadassa Dövlət Universitetinin Hospitalında tapıblar. Hadassanın həkimləri Leylanın sol gözünü sağaldacağına söz veriblər.

Lakin ailə Leylanın yolunda demək olar ki, əlində olan hər şeyindən keçib, artıq satmağa da heç nə qalmayıb. Ona görə də Leylanın ailəsinin müalicənin davamı və körpəsinin ömürlük kor olmaması üçün müalicəsinə lazım olan maddi vəsaiti tapmağa ümidi Allaha və xeyirxah insanlaradır:

Videonu izləmək üçün şəklə klikləyin:

Atası Rəhman: "Biz istəyirik Leylanın sol gözünü müalicə ilə xilas edək. Mən analardan, bacılardan, qardaşlardan xahiş edirəm, Leylanın müalicəsini davam etdirmək üçün Allah yolunda bizə kömək, dəstək olsunlar. Leyla bundan sonra 3 dəfə kimya terapiyası qəbul etməlidir. Bizə kömək olun".


Xəbərə aid fotolar