Beynəlxalq Muğam Mərkəzində möhtəşəm “Yaradanlar və yaşadanlar” layihəsi


Kriminal 13 Noy 2018 17:47:00 283 0

Beynəlxalq Muğam Mərkəzində möhtəşəm “Yaradanlar və yaşadanlar” layihəsi

Noyabrın 13-də  Beynəlxalq Muğam Mərkəzində "Yaradanlar və yaşadanlar" layihəsi çərçivəsində keçirilən konsert xalq artisti, unudulmaz xanəndə Baba Mahmudoğlunun yaradıcılığına həsr olunmuşdu. 

Son.az Trend-ə istinadən bildirir ki, tədbir "Mədəniyyət" televiziya kanalının və Beynəlxalq Muğam Mərkəzinin birgə layihəsi çərçivəsində, Azərbaycan Respublikası Mədəniyyət Nazirliyinin dəstəyi ilə həyata keçirilmişdi.

Konsertdə xalq artistləri Səkinə İsmayılova - "Əlində sazın qurbanı", Teyyub Aslan - "Üç telli durna",  əməkdar artist Arzu Əliyeva - "Ürəklərdə qalaydı", Azərbaycan Televiziyası və Radiosunun solistləri -Sədəf Budaqova - "Yar şirindir keçilməz", Rəvanə Əmiraslanlı - "Ceyran bala", Nurlan Namazov - "Aman tello", Ayşən Mehdiyeva - "Azərbaycan maralı", Pərviz Qasımov - "Yalvara-yalvara"   mahnılarını ifa ediblər. 

İfaçıları xalq artisti Ağacəbrayıl Abasəliyevin bədii rəhbərliyi altında "Səadət" instrumental ansamblı müşayiət edirdi.

Konsertin son nömrəsi - "İrəvanda xal qalmadı" mahnısı Rəvanə Əmiraslanlı və Pərviz Qasımovun  ifasında səsləndi.

Tədbirin aparıcısı əməkdar artist Rəşad İlyasov idi.