Binəqədidəki yanğınla əlaqədar 46 ailə kirayə mənzillərdə yerləşdiriləcək


Digərləri 13 Noy 2018 17:33:00 256 0

Binəqədidəki yanğınla əlaqədar 46 ailə kirayə mənzillərdə yerləşdiriləcək

Yanğın nəticəsində müvəqqəti yaşayış yerindən məhrum olan 46 ailəni kirayə mənzillərdə yerləşdirmək qərara alınıb.

Bakı. Binəqədi rayonunda məcburi köçkünlərin müvəqqəti məskunlaşdığı sanatoriya binasında baş verən yanğınla bağlı Qaçqınların və Məcburi Köçkünlərin İşləri üzrə Dövlət Komitəsi tərəfindən siyahıya alınma aparılır, yanğın nəticəsində müvəqqəti yaşayış yerindən məhrum olan 46 ailəni kirayə mənzillərdə yerləşdirmək qərara alınıb. Komitədən Trend-ə verilən məlumata görə, Fövqəladə Hallar Nazirliyi tərəfindən müvəqqəti sığınacaq üçün 15 çadır quraşdırılıb, yataq dəsti və müvafiq avadanlıqlarla təchiz edilib. Hazırda Fövqəladə Hallar Nazirliyinin mütəxəssisləri tərəfindən yanğının başvermə səbəbləri araşdırılır. Araşdırmadan sonra yekun rəy veriləcək. Rəy əsasında müvafiq hüquqi addımlar atılacaq.