Qiymət "ölür"


Digərləri 13 Noy 2018 17:21:00 329 0

Qiymət "ölür"

Öncədən proqnozlaşdırığımız kimi, "Brent" markalı neftin bir bareli hazırda 70 dollarlıq psixoloji həddindən aşağı təklif edilir. Birjalarda qara qızılın hər barelinə 69,40 dollar ödənilir.

Son.az xəbər verir ki, bunu barədə tanınmış iqtisadçı-ekspert, İqtisadi və Sosial İnkişaf Mərkəzinin (CESD) sədri Vüqar Bayramov bildirib.

Onun sözlərinə görə, şist neftinin hasilatını artıran ABŞ gündəlik 12 milyon bareldən çox hasilat ilə dünyada ən çox neft istehsal edən ölkəyə çevrilib: "Digər tərəfdən, ABŞ-ın növbəti 6 ayda İran neftinin ixracatına tətbiq edilən sanksiyalarda 8 ölkəyə yaşıl işıq yandırması neft bazarında qiymətlərə birbaşa təsir göstərdi. ABŞ Prezidenti bu addımı neftin dünya bazar qiymətindəki potensial artımların qarşısının alınması üçün etdiyini bildirib. Nümayəndələr Palatasında üstünlük əldə edən demokratlar da yüksək neft qiymətlərində heç zaman maraqlı olmayıblar. Bu arada analtik Cim Kramer (Jim Cramer) CNBC kanalına müsahibəsində "Texas" markalı neftin hər barelinin qiymətinin 40, "Brent" markalı qara qızılın qiymətinin 50 dollaradək düşə biləcəyini deyib. Rusiya ilə yanaşı bir sıra digər ölkələrdə də neft hasilatının artması müşahidə edilir. Çin birjası isə bahalı neft siyasətinə artıq reaksiyasını göstərib".