Mahmud Abbas da xarici səfərini yarımçıq saxladı


Dünya 13 Noy 2018 17:03:00 248 0

Mahmud Abbas da xarici səfərini yarımçıq saxladı

Fələstin rəhbəri Mahmud Abbas xarici səfərini yarımçıq saxlayaraq geri dönməli olub.

Son.az Trend-ə istinadən bildirir ki, o, Qəzza zolağında gərgin vəziyyətin davam etməsi ilə əlaqədar bu qərarı qəbul edib.

Qeyd edək ki, ötən gün İsrailin Baş naziri Benyamin Netanyahu Fransa səfərini yarımçıq qoyaraq ölkəyə qayıtmışdı.

Xatırladaq ki, Qəzzada İsrail hərbçiləri ilə fələstinlilər arasında silahlı toqquşma və raket hücumları davam edir.