Külli miqdarda siqaretin qanunsuz yolla ölkəyə keçirilməsinin qarşısı alındı VİDEO


Digərləri 13 Noy 2018 16:45:00 267 0

Külli miqdarda siqaretin qanunsuz yolla ölkəyə keçirilməsinin qarşısı alındı  VİDEO

Dövlət Gömrük Komitəsinin Şimal Ərazi Baş Gömrük İdarəsinin Əməliyyat və Təhqiqat şöbəsinə daxil olmuş məlumat əsasında, idarənin "Samur" gömrük postunda Azərbaycan vətəndaşına məxsus "Mercedes Benz E220 CDI" markalı avtomobil saxlanılıb.

Komitədən Son.az-a verilən məlumata görə, gömrük baxışı zamanı nəqliyyat vasitəsinin yanacaq çəninin içərisində xüsusi hazırlanmış gizli saxlanc yerində, arxa buferin sağ və sol qanadlarında olan boşluqlarda, ön panelin (şitin) arxa hissəsində olan boşluqlarda gömrük nəzarətindən gizlədilmiş 9840 ədəd "Belomorkanal", 540 ədəd "Baltiyskie", 4400 ədəd "Parliament Heets" və 440 ədəd "Marlboro Seventy Twos" markalı siqaretlər aşkarlanıb.

Faktla bağla araşdırma aparılır.

Videonu izləmək üçün şəklə klikləyin: