Axtarışda olan şəxsin evində narkotik vasitələr aşkarlandı


Digərləri 13 Noy 2018 16:11:00 232 0

Axtarışda olan şəxsin evində narkotik vasitələr aşkarlandı

Axtarışda olan Rizvan İbrahimov saxlanılıb

Bakı. Axtarışda olan Rizvan İbrahimov saxlanılıb. Xəzər RPİ 2-ci PŞ və Salyan RPŞ əməkdaşlarının keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində Cinayət Məcəlləsinin 234-cü (Qanunsuz olaraq narkotik vasitələri, psixotrop maddələri və ya onların prekursorlarını hazırlama, istehsal etmə, əldə etmə, saxlama, daşıma, göndərmə və ya satma) maddəsi ilə axtarışda olan və əvvəllər də eyni maddə ilə məhkum olunmuş Rizvan İbrahimov saxlanılıb.