Plastik əməliyyatlar Ziyanı faydasından daha çoxdur


Digərləri 13 Noy 2018 16:04:00 253 0

Plastik əməliyyatlar  Ziyanı faydasından daha çoxdur

“Kompleksdən xilas olmaq istəyərkən uğursuz əməliyyat keçirənlərin sonra yaşadığı fəsadlar daha böyük problemlərə yol açır”

Kompleksdən xilas olmaq istəyərkən uğursuz əməliyyat keçirənlərin sonra yaşadığı fəsadlar daha böyük problemlərə yol açır.

Estetik əməliyyat etdirənlərin sayı gün keçdikcə artır. Əvvəllər qadınlar daha çox əməliyyatlara üz tutsa da, son illər kişilər də onlardan geri qalmır. Kimi sağlamlığına qovuşmaq, kimi isə gözəl görünmək, komplekslərdən xilas olmaq üçün bu yola əl atır.

Bəs insanları estetik əməliyyata sövq edən əsas səbəblər nələrdir?

Komplekslərdən xilas olmaq üçün tək çarə əməliyyatlardır? Son.az xəbər verir ki, "Yeni Müsavat" mövzu ilə bağlı psixoloq Vəfa Rəşidovanın fikirlərini öyrənib. O bildirib ki, əməliyyatlar bir çox xəstəliklərə səbəb olur: