Bugünkü hərrac: 10 dövlət əmlakına 49 sifariş verildi (FOTO)


Digərləri 13 Noy 2018 16:02:00 276 0

Bugünkü hərrac: 10 dövlət əmlakına 49 sifariş verildi (FOTO)

Əmlak Məsələləri Dövlət Komitəsi tərəfindən növbəti hərrac keçirilib.

Bakı. Əmlak Məsələləri Dövlət Komitəsi tərəfindən növbəti hərrac keçirilib. Komitədən Trend-ə verilən məlumata görə, hərraca çıxarılan əmlaklardan 10-u üzrə 49 sifariş verilib. Özəlləşməyə çıxarılan dövlət əmlaklarından 3 kiçik dövlət müəssisə və obyekti, 1 yarımçıq tikili, 6 nəqliyyat vasitəsi öz sahibini tapıb. Nəqliyyat vasitələrindən 5-i üzrə ümumilikdə 44 sifarişin verilməsi hərracda rəqabətli mühit yaradıb. Sifarişçilərin fəallığı "VAZ" markalı bu nəqliyyat vasitələrinin ilkin hərrac qiymətlərinin 2 dəfədən çox yüksəlməsinə səbəb olub. Bakı şəhəri, Qaradağ rayonu, Lökbatan qəsəbəsindəki Əmlak kompleksinin ümumi faydalı sahəsi 1169 kv.m-dir. Bu kiçik dövlət müəssisəsi 2480 kv.m-lik torpaq sahəsi ilə birgə özəlləşdirilib.