İrana tətbiq edilən “ən sərt” sanksiyalar Bakıya necə təsir edəcək? RƏY


Digərləri 13 Noy 2018 15:45:00 267 0

İrana tətbiq edilən “ən sərt” sanksiyalar Bakıya necə təsir edəcək?  RƏY

"Bu sanksiyalar qonşu ölkələrə, xüsusən İranla bir sıra iqtisadi layihələri olan Azərbaycana necə təsir göstərəcək?

ABŞ-ın İrana qarşı yeni sanksiyaları qüvvəyə minib. ABŞ prezidenti Donald Tramp yeni sanksiyaları, bundan əvvəlki, valyuta, avtomobil sektoru və metallurgiya sahələrini əhatə edən "tarixin ən sərt sanksiyaları" adlandırıb.

Bu sanksiyalar qonşu ölkələrə, xüsusən İranla bir sıra iqtisadi layihələri olan Azərbaycana necə təsir göstərəcək?

"Xəzər-Avrasiya" Beynəlxalq və İctimai Siyasi Araşdırmalar Mərkəzinin rəhbəri Andrey Sızranov hesab edir ki, bir tərəfdən sanksiyalar Xəzər regionunda yerləşən ölkələrin iqtisadi əlaqələrinə mənfi təsir göstərəcək.

Bu, xüsusən Rusiya, Azərbaycan və İrana, məsələn, Şimal-Cənub layihəsinə təsirsiz keçməyəcək. Digər tərəfdən, region ölkələri hətta sanksiyalara zidd olsa belə, əməkdaşlığı davam etdirəcəklər.

"Azərbaycan öz enerji layihələrini işləyib hazırlayır. Bu layihələr ABŞ-ın İrana qarşı sanksiyaları fonunda Bakı üçün mənfi nəticələri minimuma endirmək vədindən sonra yeni impuls ala bilər. Bütün bunları nəzərə alaraq, Azərbaycan ABŞ-la Xəzəryanı qonşuları, xüsusən İran arasında qalacaq, sanksiyalar şəraitində əməkdaşlıq üçün yollar axtarmağa məcbur olacaq", - deyə rusiyalı ekspert oxu.az-ın müxbiri ilə söhbəti zamanı bildirib.