5 ayda İran 316 ton diş fırçası idxal edib


Dünya 13 Noy 2018 15:23:00 346 0

5 ayda İran 316 ton diş fırçası idxal edib

Bu ilin ilk beş ayında 9 ölkədən 316 tondan çox diş fırçası İrana idxal edilib

.

Son.az Trend-ə istinadən bildirir ki, bununla bağlı İran Gömrüyünün xarici ticarətlə bağlı statistikasında deyilir. 316 tondan çox diş fırçasının idxalı 4 milyon 133 min 818 dolların ölkədən çıxmasına səbəb olub.

Diş fırçaları Hollandiya, Oman, Çin, Cənubi Koreya, Türkiyə, Almaniya, İspaniya, Belçikadan İrana idxal olunub.