Ağstafada yolu keçən piyadanı maşın vurub


Digərləri 13 Noy 2018 15:11:00 218 0

Ağstafada yolu keçən piyadanı maşın vurub

Ağstafa şəhərinin ərazisində yol-nəqliyyat hadisəsi baş verib.

Bakı. Ağstafa şəhərinin ərazisində yol-nəqliyyat hadisəsi baş verib. FHN-dən Trend-ə verilən məlumata görə, noyabrın 12-də saat 5 radələrində Ağstafa şəhərinin ərazisində Şəmkir şəhər sakini Vüqar Vəliyev idarə etdiyi “Mitsubishi” markalı avtomobillə yolu keçən şəhər sakini Bayraməli Hüseynəliyevi vurub və nəticədə piyada hadisə yerində ölüb.