Sahil Babayev: "Şəhid hərbi qulluqçuların narazı vərəsələri məhkəməyə müraciət edə bilərlər"


Digərləri 13 Noy 2018 15:00:00 280 0

Sahil Babayev: "Şəhid hərbi qulluqçuların narazı vərəsələri məhkəməyə müraciət edə bilərlər"

"Şəhid hərbi qulluqçulara görə əvvəllər birdəfəlik ödəniş almadıqları iddiası ilə narazılıq edən bir qrup vərəsəni qəbul etdim, şəxsən dinlədim. Görüşdə qeyd etdim ki, müavinəti haqqı olan hər kəs alacaq, amma kiminsə hüquqi haqqı olmadan bunu tələb etməsi düzgün deyil".

Son.az Trend-ə istinadən bildirir ki, bunu jurnalistlərə açıqlamasında əmək və əhalinin sosial müdafiəsi naziri Sahil Babayev deyib.

Nazir qeyd edib ki, müavinət üçün müraciət edənlərin sənədləri düzgün olmalıdır. Onun sözlərinə görə, bəziləri iddia edir ki, onların yerinə müvafiq sənədlərə saxta imza çəkilib: