Sahil Babayev: Şəhid hərbi qulluqçuların narazı vərəsələri məhkəməyə müraciət edə bilərlər


Digərləri 13 Noy 2018 14:50:00 252 0

Sahil Babayev: Şəhid hərbi qulluqçuların narazı vərəsələri məhkəməyə müraciət edə bilərlər

Şəhid hərbi qulluqçuların narazı vərəsələrinə birdəfəlik ödəmələrin verilməsi ilə bağlı qanunvericilikdən irəli gələn prosedur izah olunub

Bakı. Elçin Mehdiyev – "Şəhid hərbi qulluqçulara görə əvvəllər birdəfəlik ödəniş almadıqları iddiası ilə narazılıq edən bir qrup vərəsəni qəbul etdim, şəxsən dinlədim. Görüşdə qeyd etdim ki, müavinəti haqqı olan hər kəs alacaq, amma kiminsə hüquqi haqqı olmadan bunu tələb etməsi düzgün deyil". Trend-in məlumatına görə, bunu jurnalistlərə açıqlamasında əmək və əhalinin sosial müdafiəsi naziri Sahil Babayev deyib.