Məleykə Əsədova Amaliya Pənahovadan danışdı


Şou-biznes 13 Noy 2018 14:19:00 371 0

Məleykə Əsədova Amaliya Pənahovadan danışdı

Akademik Milli Dram Teatrının tanınmış aktrisası, xalq artisti Məleykə Əsədova həmkarı Amaliya Pənahovanın vida mərasiminə gəlməməsi barədə yayılan xəbərlərə aydınlıq gətirib.

Son.az xəbər verir ki aktrisa ölkə.az-ın əməkdaşıyla söhbətində bildirib ki, vida mərasimi günü orada olub:

"Həmin gün teatrda idim, sadəcə, zalda əyləşməmişdim. Hətta "İnstagram" səhifəmdə də paylaşım etmişdim. Amaliya xanım Azərbaycanın ən görkəmli aktrisalarından olub. Onda aktrisaya lazım olan bütün xüsusiyyətlər, o cümlədən çox yüksək şarm var idi. Hətta vəfat etdiyi günə qədər də tamaşaçı önünə formada çıxırdı. Xəstəliyini də məhz bu səbəbdən gizlədirmiş. Çünki aktrisa tamaşaçı qarşısına hər zaman formada çıxmalıdır".


Xəbərə aid foto