Almaniyanın iri neftqaz şirkəti İranda fəaliyyətini dayandırdı


Digərləri 13 Noy 2018 14:01:00 309 0

Almaniyanın iri neftqaz şirkəti İranda fəaliyyətini dayandırdı

Almaniyanın “Wintershall” neft-qaz şirkəti sanksiyalara görə İranda fəaliyyətini dayandırıb

Almaniyanın "Wintershall" neft-qaz şirkəti sanksiyalara görə İranda fəaliyyətini dayandırıb.

Son.az report-a istinadən bildirir ki, bunu şirkətin Direktorlar Şurasının üzvü Martin Baxman bildirib.

Qeyd edək ki, 1894-cü ildə yaradılan "Wintershall Holding GmbH" Almaniyanın iri neft-qaz şirkətidir. Onun mərkəzi ofisi ölkənin Hessen torpağının Kassel şəhərində yerləşir. "Wintershall Holding GmbH" 100 faiz Almaniyanın "BASF" neft-qaz kəşfiyatı və hasilatı şirkətinin törəmə müəssisəsidir.