İqtisadiyyat naziri: Qeyri-neft sektorunun artımının 3.9 faiz olacağı proqnozlaşdırılır


Digərləri 13 Noy 2018 13:33:00 278 0

İqtisadiyyat naziri: Qeyri-neft sektorunun artımının 3.9 faiz olacağı proqnozlaşdırılır

Dünya iqtisadiyyatında baş verən dəyişikliklər, əsas tərəfdaş ölkələrdə iqtisadi vəziyyət nəzərə alınaraq İqtisadiyyat Nazirliyi tərəfindən 2019-cu il və növbəti 3 il üzrə orta müddətli dövrü üçün ölkəmizin sosial-iqtisadi göstəriciləri hazırlanıb.

Bakı. Elçin Mehdiyev – Dünya iqtisadiyyatında baş verən dəyişikliklər, əsas tərəfdaş ölkələrdə iqtisadi vəziyyət nəzərə alınaraq İqtisadiyyat Nazirliyi tərəfindən 2019-cu il və növbəti 3 il üzrə orta müddətli dövrü üçün ölkəmizin sosial-iqtisadi göstəriciləri hazırlanıb. Trend-in məlumatına görə, bunu iqisadiyyat naziri Şahin Mustafayev Milli Məclisin bu gün keçirilən plenar iclasında çıxış edərkən deyib. Nazir bildirib ki, Beynəlxalq Valyuta Fondunun proqnozlarına görə, dünya iqtisadi artımının 2018 və 2019-cu ildə 3.7 faiz, Dünya Bankının hesablamalarına görə isə müvafiq olaraq 3.1 faiz olacağı proqnozlaşdırılır. O bildirib ki, əmtəə ixracatçısı olan bir çox ölkələrdə və MDB məkanında dayanıqlı iqtisadi artımın proqnozlaşdırılması, əmtəə ixracatçılarında artımla bağlı meyllərin formalaşması, neft ixracatçıları olan ölkələrdə iqtisadi artımın 2018-ci ildə də müşahidə olunması, dünya iqtisadiyyatının artımını şərtləndirən amillər kimi nəzərə alınır. Ş.Mustafayev qeyd edib ki, hazırda dünyada müşahidə edilən müsbət tendensiyalarla yanaşı, bəzi risklər hələ də qalmaqdadır. İnkişaf etmiş ölkələrdə daha sərt maliyyə şərtlərinin tətbiqi nəticəsində inkişaf etməkdə olan iqtisdiyyatlara kapital axınının azalması, həmçinin yeni ticarət tariflərinin tətbiqi, bəzi ölkələrdə geosiyasi gərginliklər, əsas ticarət partnyorlarının milli valyutalarının dəyərini itirməsi risk yaradan amillərdən hesab olunur: