Samir Şərifov: "2019cu ildə Azərbaycanın dövlət büdcəsinin gəlirləri artacaq"


Digərləri 13 Noy 2018 13:17:00 237 0

Samir Şərifov: "2019cu ildə Azərbaycanın dövlət büdcəsinin gəlirləri artacaq"

"Azərbaycan Respublikasının 2019-cu il dövlət büdcəsi haqqında" qanun layihəsində dövlət büdcəsinin gəlirləri 22 917,5 mln. manat məbləğində proqnozlaşdırılıb. Bu da 2018-ci ilin proqnoz göstəricisi ilə müqayisədə 768,5 mln. manat və ya 3,5% çoxdur. Növbəti ildə dövlət büdcəsi gəlirlərinin ÜDM-ə nisbəti 28% səviyyəsində nəzərdə tutulub.

Son.az Trend-ə istinadən bildirir ki, bunu maliyyə naziri Samir Şərifov parlamentin bu gün keçirilən plenar iclasında 2019-cu ilin büdcə layihəsinin müzakirəsi zamanı çıxış edərkən deyib.

Nazir qeyd edib ki, 2019-cu il dövlət büdcəsinin gəlirləri üzrə proqnozun 7 316,0 mln. manatı və ya 31,9%-i Vergilər Nazirliyinin xətti ilə daxilolmaların, 11 364,3 mln. manatı və ya 49,6%-i ARDNF-dən transfertlərin, 3 451,6 mln. manatı və ya 15,1%-i Dövlət Gömrük Komitəsinin xətti ilə daxilolmaların, 785,6 mln. manatı və ya 3,4%-i isə digər gəlirlərin payına düşür.

Onun sözlərinə görə, 2019-cu il dövlət büdcəsində neft gəlirlərinin hesablanmasında orta ixrac qiyməti 60 ABŞ dolları nəzərdə tutulub: "2019-cu il dövlət büdcəsinin xərcləri 24 780,1 mln. manat məbləğində olmaqla 2018-ci illə müqayisədə 1680,1 mln. manat və ya 7,3% çox proqnozlaşdırılıb. 2019-cu ildə dövlət büdcəsi xərclərinin ÜDM-ə nisbətinin 30,2% səviyyəsində olması nəzərdə tutulub".

S.Şərifov vurğulayıb ki, 2019-cu il dövlət büdcəsi xərclərinin strukturunda təhsil xərcləri 2,275 mlrd. manat, səhiyyə xərcləri 1,048 mlrd. manat, müdafiə xərcləri 3,038 mlrd. manat, beynəlxalq fəaliyyət və beynəlxalq təşkilatlara üzvlük xərcləri 185,7 mln. manat, Naxçıvan MR-in dövlət büdcəsinə verilən dotasiya 300,4 mln. manat proqnozlaşdırlır: