Dembelenin heyətə daxil edilməməsinə səbəb - Pike açıqladı


İdman 13 Noy 2018 13:12:00 282 0

Dembelenin heyətə daxil edilməməsinə səbəb - Pike açıqladı

Barcelona-nın futbolçusu Jerar Pike, La Liqanın 12-ci turunda Betis-ə 3:4 hesabıyla məğlub olduqları oyunun iştirak ərizəsinə daxil edilməyən Osman Dembele haqda fikirlərini bildirib.

Goal.az xəbər verir ki, Pike İspaniya mətbuatına Dembelenin heyətə düşməməsinin səbəbini açıqlayıb:

“Dembelenin kənarda qalması lazım idi. Hamımız ona kömək etməliyik. Gənc və güclü istedada malik futbolçudur. Ernesto Valverdenin onu heyətə daxil etməməsinə səbəb meydandan kənarda etdikləridir. Hamımız gənc olmuşuq və səhvlər etmişik. Futbol 24 saat oynanılan bir oyundur. Yaşamaq və nəfəs almaq məcburiyyətindəyik. Dembelenin bunları başa düşəcəyinə şübhəm yoxdur”.

Dembele cari mövsümdə iştirak etdiyi 15 oyunda 6 qol vurub və 2 məhsuldar ötürmə edib.