Samir Şərifov: 2019-cu ildə Azərbaycanın dövlət büdcəsinin gəlirləri artacaq


Digərləri 13 Noy 2018 13:10:00 327 0

Samir Şərifov: 2019-cu ildə Azərbaycanın dövlət büdcəsinin gəlirləri artacaq

2019-cu ildə Azərbaycanın dövlət büdcəsinin gəlirləri artacaq.

Bakı. Elçin Mehdiyev – "Azərbaycan Respublikasının 2019-cu il dövlət büdcəsi haqqında" qanun layihəsində dövlət büdcəsinin gəlirləri 22 917,5 mln. manat məbləğində proqnozlaşdırılıb. Bu da 2018-ci ilin proqnoz göstəricisi ilə müqayisədə 768,5 mln. manat və ya 3,5% çoxdur. Növbəti ildə dövlət büdcəsi gəlirlərinin ÜDM-ə nisbəti 28% səviyyəsində nəzərdə tutulub. Trend-in məlumatına görə, bunu maliyyə naziri Samir Şərifov parlamentin bu gün keçirilən plenar iclasında 2019-cu ilin büdcə layihəsinin müzakirəsi zamanı çıxış edərkən deyib. Nazir qeyd edib ki, 2019-cu il dövlət büdcəsinin gəlirləri üzrə proqnozun 7 316,0 mln. manatı və ya 31,9%-i Vergilər Nazirliyinin xətti ilə daxilolmaların, 11 364,3 mln. manatı və ya 49,6%-i ARDNF-dən transfertlərin, 3 451,6 mln. manatı və ya 15,1%-i Dövlət Gömrük Komitəsinin xətti ilə daxilolmaların, 785,6 mln. manatı və ya 3,4%-i isə digər gəlirlərin payına düşür. Onun sözlərinə görə, 2019-cu il dövlət büdcəsində neft gəlirlərinin hesablanmasında orta ixrac qiyməti 60 ABŞ dolları nəzərdə tutulub: “2019-cu il dövlət büdcəsinin xərcləri 24 780,1 mln. manat məbləğində olmaqla 2018-ci illə müqayisədə 1680,1 mln. manat və ya 7,3% çox proqnozlaşdırılıb. 2019-cu ildə dövlət büdcəsi xərclərinin ÜDM-ə nisbətinin 30,2% səviyyəsində olması nəzərdə tutulub".