“Saat 5də dururdum ki, qonşu kəndə məktəbə gedim”


Digərləri 13 Noy 2018 12:35:00 246 0

“Saat 5də dururdum ki, qonşu kəndə məktəbə gedim”

ARB Günəş-in "Kiçikdən-böyüyə" layihəsinin növbəti qonağı şair Baba Vəziroğlu və oğlu 9 yaşlı Kamal olub.  Son.az bildirir ki, Baba Vəziroğlu övladının suallarını cavablandırıb. Şair məktəb illərindən danışıb: "Uşaq olanda insanın dərs oxumaqdan başqa heç bir qayğısı olmur. Amma böyük olanda bütün qayğılar ancaq sənin çiynində olur. Mən hər səhər saat 5-də, 6-da dururdum. Çünki qarda, yağışda, palçıqda oxumaq üçün qonşu kəndə gedirdim. İndi sizin bütün kitablarınız var. O zaman biz heç kitab tapa bilmirdik". Qeyd edək ki, "Kiçikdən-böyüyə" verilişi hər həftənin cümə günü saat 18:45-də "ARB Günəş"in  efirində yayımlanır.

Videonu izləmək üçün şəklə klikləyin:


Xəbərə aid fotolar