Zamirə Hacıyevanı hansı aqibət gözləyir?


Digərləri 13 Noy 2018 12:25:00 274 0

Zamirə Hacıyevanı hansı aqibət gözləyir?

Məşhur rusiyalı vəkil Anton İmennov "Exo Moskvı" radiostansiyasının saytındakı bloqunda Böyük Britaniyada ilk dəfə tətbiq edilən "İzahedilməz Sərvət Sərəncamı" (UWO) çərçivəsində həbs edilən, daha sonra isə ev dustaqlığına buraxılan, keçmiş bankir Cahangir Hacıyevin həyat yoldaşı Zamirə Hacıyevanın tutulmasını şərh edib.

Son.az qafqazinfo-ya istinadən xəbər verir ki, vəkil Hacıyevanın həbsinin labüd olduğunu qeyd edərək, əsasən, aşağıdakı məsələlərə toxunub: 

"Zamirə Hacıyeva 2006-cı ildən başlayaraq 16 milyon funt sterlinqdən çox iri məbləğli alış-veriş etməsi xəbərlərinin onun "qara kartı"na yazıldığını, Cinayətkarlıqla Mübarizə Baş İdarəsinin nəzarətində olduğunu təsəvvür etmirdi. İdarəyə daxil olmuş sənədlərdə isə idarə zabiti tərəfindən bu məlumatlar əks olunmuşdu: 

1. Hacıyeva Azərbaycandan olan nüfuzlu siyasi xadimin həyat yoldaşıdır. 

2. Hacıyeva 35 kredit kartından istifadə edib və onun banka xeyli borcu yaranıb. 

3. Hacıyeva "Harrods" mağazalarının kart sahibləri üçün güzəşt proqramı çərçivəsində kart məlumatlarından istifadə edib.

4. Hacıyevanın əri 2001-2015-ci illərdə bank rəhbəri vəzifəsini tutub. Daha sonra istefa verib və 2015-ci ilin 5 dekabrında həbs edilib. 2016-cı ilin oktyabrında isə vəzifə səlahiyyətlərindən sui-istifadə, mənimsəmə və dələduzluq maddəsi ilə həbsə məhkum edilib. Üstəlik o, bankın xeyrinə 39 milyon ABŞ dolları məbləğində cərimələnib. 

5. Hacıyeva bankın fəaliyyəti ilə əlaqədar 2016-cı ilin iyununda qiyabi həbs edilib və axtarışa verilib. 

6. Onun elan edilmiş gəlirləri prestijli Naytsbricdə ev, Askotda qolf-klub alması, biznes-jetlərin kirayəsi, "Boucheron" və "Van Cleef & Arpels" kimi bahalı zinət əşyalarının, saat və fransız kolleksiyalarından olan şərabların alışı ilə müqayisəyə belə gəlməz. 


Xəbərə aid foto