“Sarpi” keçid məntəqəsi bağlanır


Dünya 13 Noy 2018 12:30:00 261 0

“Sarpi” keçid məntəqəsi bağlanır

Gürcüstan ilə Türkiyə arasındakı “Sarpi” sərhəd-keçid məntəqəsi noyabrın 13-dən 15-dək fasilələrlə işləyəcək

Gürcüstan ilə Türkiyə arasındakı "Sarpi" sərhəd-keçid məntəqəsi noyabrın 13-dən 15-dək fasilələrlə işləyəcək.

Son.az virtualaz.org-a istinadən bildirir ki, bu barədə Gürcüstan Maliyyə Nazirliyinin Gəlirlər Xidməti məlumat yayıb. Bildirilir ki, sərhəd-keçid məntəqəsində fasilənin yaranması Türkiyə tərəfində aparılan təmir-bərpa işləri ilə əlaqədardır.

Qeyd edilən tarixlərdə hər gün saat 12:00-dan 15:00-dək sərhəd-keçid məntəqəsində iş tam dayandırılacaq. Məhdudiyyət həm piyada, həm də avtomobil keçidlərində tətbiq olunacaq.