Ərdoğan Trampla müzakirə etdiyi məsələləri açıqladı


Dünya 13 Noy 2018 12:16:00 267 0

Ərdoğan Trampla müzakirə etdiyi məsələləri açıqladı

“Mən bu işin baça çatdığını zənn edirdim, niyə bu qədər uzandı?”

ABŞ prezidenti Donald Trampla görüşümüzdə Suriya, PKK/YPG-PYD, Fətullahçı Terror Təşkilatı, "Halkbank" məsələlərini müzakirə etdik.

Son.az report-a istinadən bildirir ki, bunu Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğan Fransaya səfərdən geri dönərkən, təyyarədə jurnalistlərə açıqlamasında bildirib.

Onun sözlərinə görə, D.Trampla sonuncu telefon danışıqları zamanı da "Halkbank" məsələsini müzakirə ediblərmiş: ""Halkbank"la əlaqədar telefon danışığımızdan sonra cənab Donald Tramp ölkəsinin Xəzinə və Maliyyə Nazirliyinə 24 saat ərzində təlimat verdi və nazir də bizim xəzinə və maliyyə nazirimiz Berat Albayraka zəng elədi. Bu məsələnin həlli üçün atılacaq addımları, görüləcək işləri müzakirə etdilər. Məsələnin həlli ilə bağlı fərqli mənzərə yaranan kimi xarici işlər nazirimiz Mövlud Çavuşoğlu ABŞ-ın dövlət katibi Maykl Pompeo ilə əlaqə saxladı. Mən məsələni Trampa deyəndən sonra o, ABŞ-a dönən kimi xəzinə və maliyyə nazirinə təlimat verəcəyinin söylədi. Donald Tramp  "mən bu işin baça çatdığını zənn edirdim, niyə bu qədər uzandı?" cavabını verdi".