Bərdədə avtomobil iki piyadanı vurub, biri ölüb


Digərləri 13 Noy 2018 11:58:01 207 0

Bərdədə avtomobil iki piyadanı vurub, biri ölüb

Bərdə rayonunun Mirzalıbəyli kəndi ərazisində yol-nəqliyyat hadisəsi baş verib.

Bakı. Bərdə rayonunun Mirzalıbəyli kəndi ərazisində yol-nəqliyyat hadisəsi baş verib. DİN-dən Trend-ə verilən məlumata görə, noyabrın 12-də saat 19 radələrində Bərdə rayonunun Mirzalıbəyli kəndi ərazisində Gərənə kənd sakini İlqar Qarayev idarə etdiyi “VAZ-2107” markalı avtomobillə yolu keçən kənd sakinləri Şamo Yusifovu və Şamo Rüstəmovu vurub. Nəticədə Ş.Rüstəmov hadisə yerində ölüb, Ş.Yusifov xəstəxanaya yerləşdirilib.