Kaliforniya yanır: şəhər məhv olub, 42 nəfər ölüb, 13500 min ev kül olub,


Dünya 13 Noy 2018 11:48:20 234 0

Kaliforniya yanır: şəhər məhv olub, 42 nəfər ölüb, 13500 min ev kül olub,

ABŞ-ın Kaliforniya ştatında meşə yanğınları tüğyan edir. Ştatın şimalında və cənubunda yanğınların miqyası daha böyükdür.

Son.az ABC-yə istinadən bildirir ki, Kaliforniya ştatının cənubunda, Los-Anceles şəhərinin həndəflərində yanğınlarda 6500 ev kül olub. Kaliforniya ştatının qubernatoru yardım üçün prezident Donald Trampa müraciət edib. Güclü külək səbəbindən yanğınları söndürmək mümkün deyil.

Fəlakət qurbanlarının sayına görə ABŞ tarixində ən böyük yanğınlardan biri sayılır.

Kaliforniya ştatında noyabrın 8-də başlamış yanğınlarda Peradays şəhəri tamamən kül olub. Butt bölgəsində isə 6700 ev yanıb.