Nazir müavini: Əsas hədəf cəmiyyətdə olan fəal gənclərin işlərini ictimaiyyətə geniş şəkildə çatdırmaqdır


Digərləri 13 Noy 2018 11:39:10 221 0

Nazir müavini: Əsas hədəf cəmiyyətdə olan fəal gənclərin işlərini ictimaiyyətə geniş şəkildə çatdırmaqdır

Bakıda Gənclər və İdman Nazirliyinin təşkilatçılığı ilə 100-dən çox gənclər təşkilatlarının V Respublika sərgisi keçirilir.

Bakı. Ceyhun Ələkbərov - Bakıda Gənclər və İdman Nazirliyinin təşkilatçılığı ilə 100-dən çox gənclər təşkilatlarının V Respublika sərgisi keçirilir. Trend-in məlumatına görə, sərginin açılışından sonra jurnalistlərə açıqlama verən gənclər və idman nazirinin müavini İntiqam Babayev bildirib ki, bu kimi sərgilər ölkədə fəal olan gənclərin işlərinə böyük təkan verir: “Bu gün sayca artıq gənclər təşkilatlarının V Respublika sərgisi keçirilir. Ənənəyə görə, sərgidə Azərbaycanın aparıcı gənclər təşkilatlarının fəaliyyəti, dövlət gənclər siyasəti çərçivəsində keçirilən proqramlar nümayiş olunur. Düşünürəm ki, bu kimi sərgilərin keçirilməsində əsas hədəf cəmiyyətdə olan fəal gənclərin işlərini ictimaiyyətə geniş şəkildə çatdırmaqdır”. Nazir müavininin sözlərinə görə, sərgidə 11 gənclər evi və 85 gənclər təşkilatı iştirak edir. Trend-in ən mühüm və maraqlı xəbərlərini "Telegram"da izləyin