Bakıda turizm sahəsinə həsr olunmuş növbəti sərgi keçiriləcək (FOTO)


Digərləri 13 Noy 2018 10:49:20 266 0

Bakıda turizm sahəsinə həsr olunmuş növbəti sərgi keçiriləcək (FOTO)

15 Oktyabr 2019-cu ildə JW Marriott Absheron mehmanxanasında növbəti eksklüziv "Prime Travel Market" sərgisi baş tutacaq.

Bakı. 15 Oktyabr 2019-cu ildə JW Marriott Absheron mehmanxanasında növbəti eksklüziv "Prime Travel Market" sərgisi baş tutacaq. Sərgi "The Prime Management & Consulting" şirkəti və Azərbaycan Turizm Assosiyasiyası ilə Azərbaycan Dövlət Turizm Agentliyin dəstəyi ilə təşkil olunur. Ənənəyə əsasən, tədbir bir neçə hissədən ibarət olacaq, hər biri turizm nümayəndələrinə kommunikasiya platforması kimi xidmət edəcək. Bu "b2b" formatlı görüşlər diqqətlə nəzərdən keçirilir və planlaşdırılır ki, iştirakçılar və qonaqlar turizm sahəsində tərəfdaşlıq qura və mövcud olanları möhkəmləndirə bilsinlər. Prime Travel Market, iştirakçılara bu sənayedə ən son hadisələr və yeniliklər haqqında məlumat almaq imkanı yaradır.