Klipdə içki göstərmək olmaz deyənlərə CAVAB: "Nə etməlidir? "Bambılı" kimi oturmuşam" deməli idi?"


Şou-biznes 13 Noy 2018 10:35:00 316 0

Klipdə içki göstərmək olmaz deyənlərə CAVAB: "Nə etməlidir? "Bambılı" kimi oturmuşam" deməli idi?"

Tanınmış ifaçı Şəbnəm Tovuzlunun "İndi necəsən mənsiz" adlı yeni mahnısına çəkilən klip mətbuat konfransında təqdim edilib. Son.az xeberchi.az-a istinadən xəbər verir ki, mətbuat konfransı zamanı bildirilən iradlardan biri də rejissor Şahanə Ayazqızının klipdə içki, qumar səhnələrinin açıq göstərilməsi olub. Jurnalistlərdən bəziləri qeyd ediblər ki, bu, o deməkdir ki, klipdə pis vərdişlərə istək təbliğ olunur. Bəziləri isə əksinə, klipin mini film olduğunu və reallığı tam əks etdirmədiyini bildirib. Fikir ayrılığı rejissoru özündən çıxarıb: "Mən özüm dinimdə, namazımda olan şəxsəm. Heç vaxt haram nəyəsə təbliğat aparmaram. Sadəcə, klipdə mən qumar, içki, siqaretin insan həyatını məhv etməsini göstərmişəm. Ayrılan kişi ya xəyanət edir, ya da ki içir və çəkir. Bu reallıqdır. Klip də mini filmdir, reallıq deyil". Bəs görəsən peşəkarlar bu barədə nə deyir?  Rejissor Nail Naiboğlu: "Şahanə gəncdir. İstedadlıdır. Uğur arzu edirəm. Pis klip deyil. Hər klip çəkdikcə təkmilləşir. Qaldı klipdə içki, siqaret məsələsinə mən çəkdiyim kliplərdə də minlərlə belə səhnələr var. Bu təbliğat yox olanı göstərməkdi. Klipdə kişi və qadın cinsiyyət orqanını belə göstərmək olar. İstəyir, belə çəkir, məhdudiyyət yoxdur. Amma TV kanalına təqdim olunanda artıq o səhnələrin üzəri bağlanır".  Xalq artisti Nazpəri Dostəliyeva: "Şahanə çox istedadlı xanımdı. Qabililiyyətli, bacarıqlıdır. Şahanə hansı müğənni ilə işləsə onu yüksəklərə qaldırır. Hər halda o, məndən dərs alıb. Şahanənin bir üstün cəhəti də onun müəlliminin peşəkar biri olmasıdır. O, ustad rejissorlardan dərs alıb. İstər toy mərasimləri, istər səhnə olsun, Şahanə mənlə işləyib, peşəkarlığımdan faydalanıb. Şahanənin bu gün çəkdiyi klip müzakirələrə səbəb olubsa, gələcəkdə mütləq yüksək səviyyədə təşkil olunan işlərindən danışılacaq". Prodüser Tarix Əliyev də klipdəki siqar, içki səhnələrinə görə Şahanəni qınayanların ünvanına sərt sözlər deyib: "Aygün Kazımova, Faiq Ağayev kimi xalq artistlərinin kliplərində içki də, siqaret də, ssenariyə uyğun olaraq fahişəlik də, yataq səhnələri də təsvir olunub. İndi adi siqaret səhnəsinə görə Şəbnəmi qınamaq nə dərəcədə düzgündür? Azərbaycanda kifayət qədər izlənilən və bəyənilən "Təhminə və Zaur" kinosunda da yataq səhnələri var, fahişəlik də təsvir edilib. Sevgilisindən ayrılan bir kişinin "İndi necəsən mənsiz?" klipində təsvir olunmuş bir halı nə ola bilərdi? O vəziyyətə uyğun olaraq ya içki içməli, ya da siqaret çəkməlidir. Bunu dərk etmək çox çətindir? Nə etməlidir? "Heç nə, "bambılı" kimi oturmuşam" deməli idi? Türkiyədə siqaret və ya içki səhnələri efirə verildikdə üzəri bağlanır. Azərbaycanda da elə. Şəbnəmin klipində heç bir qəbahət yoxdur. Narkomaniyanı təbliğ etmir ki... Bu təbliğat yox tənqid idi".