Millimizin rəqibi heyətində dəyişiklik etdi


İdman 13 Noy 2018 10:37:00 269 0

Millimizin rəqibi heyətində dəyişiklik etdi

Kosovo yığmasının UEFA Millətlər Liqasında Malta və Azərbaycana qarşı oyunlar üçün açıqlanan heyətində dəyişiklik edilib.

Goal.az xəbər verir ki, İngiltərənin Swansea klubunun yarımmüdafiəçisi Bersant Tselina zədəli olduğu üçün yığmanın heyətindən çıxarılıb. Onun əvəzinə milliyə İsveçrənin Lutsern klubunun hücumçusu Şkelkim Demhasay cəlb olunub. 

Qeyd edək ki, Kosovo Malta ilə noyabrın 17-də səfərdə, Azərbaycanla isə noyabrın 20-də evdə qarşılaşacaq. Bernard Şallandın rəhbərlik etdiyi kollektiv D Liqasının 3-cü qrupunda 8 xalla 1-ci pillədə qərarlaşıb. Azərbaycan isə 6 xalla 2-ci yerdədir. Üçüncü pillədə qərarlaşmış Farer adalarının 4, son sıradakı Maltanın 2 xalı var.