Hacı İbrahimin qardaşının cinayət işi məhkəməyə göndərilib


Digərləri 13 Noy 2018 10:16:00 299 0

Hacı İbrahimin qardaşının cinayət işi məhkəməyə göndərilib

Cinayət işi hakim Ramella Allahverdiyevanın icraatına verilib.

Diasporla İş üzrə Dövlət Komitəsinin keçmiş sədri Nazim İbrahimov və iş adamı hacı İbrahim Nehrəmlinin qardaşı Sahib İbrahimovun cinayət işi materialları ilə tanış olma mərhələsi başa çatıb.

Son.az report-a istinadən bildirir ki, cinayət işinin ibtidai istintaqı yekunlaşdırılaraq Bakı Ağır Cinayətlər Məhkəməsinə göndərilib.

Məhkəmənin vaxtı yaxın günlərdə bəlli olacaq.

Cinayət işində 52 zərərçəkmiş var. Ümumilikdə isə onlara 2 milyon manat ziyan dəyib.