“Bakcell”in dəstəyilə keçirilmiş M.A.P. Festivalı teatr həvəskarlarına unudulmaz təəssüratlar bəxş edib (FOTO)


Digərləri 13 Noy 2018 10:14:50 262 0

“Bakcell”in dəstəyilə keçirilmiş M.A.P. Festivalı teatr həvəskarlarına unudulmaz təəssüratlar bəxş edib (FOTO)

Azərbaycanın ilk mobil operatoru və ən sürətli mobil internet provayderi Bakcell 6-11 noyabr tarixlərində Bakıda YARAT Müasir İncəsənət Məkanı tərəfindən keçirilən ikinci M.A.P. Beynəlxalq Teatr Festivalının baş sponsoru olub.

Bakı. Azərbaycanın ilk mobil operatoru və ən sürətli mobil internet provayderi Bakcell 6-11 noyabr tarixlərində Bakıda YARAT Müasir İncəsənət Məkanı tərəfindən keçirilən ikinci M.A.P. Beynəlxalq Teatr Festivalının baş sponsoru olub. “Bakcell artıq ikinci ildir ki M.A.P. Festivalının baş sponsorudur. Keçən il olduğu kimi, bu ilin tamaşaları da böyük uğur qazanıb və bütün yaş qruplarında olan teatr və performans həvəskarları tərəfindən böyük maraqla qarşılanıb. Fikrimcə, bu festival həm yerli, həm də beynəlxalq müstəvidə olduqda vacib bir tədbirdir. Yüksək səviyyədə təşkil edilmiş bu təşəbbüsə görə YARAT Müasir İncəsənət Məkanına Bakcell adından təşəkkürümüzü bildirmək istərdim. Bakcell şirkəti Azərbaycanda musiqi və incəsənətin inkişafına və ölkənin gəncləri arasında mədəniyyət və incəsənətin təblığ edilməsinə töhfə verməyə davam edəcək”, - deyə Bakcell şirkətinin baş icraçı direktoru Nikolai Beckers qeyd edib. Ünsiyyət, təhsil, bilik və təcrübə mübadiləsi platforması olan M.A.P. (musiqi, incəsənət və performans) festivalı tamaşaçı auditoriyasına müasir teatr formalarının geniş diapazonu ilə tanış olmağa kömək etmək məqsədilə özündə müxtəlif teatr nümunələrini birləşdirir. Builki festival çərçivəsində İtaliya, Danimarka, Estoniya, Almaniya, İran, Yaponiya, İsveçrə, Rusiya və Birləşmiş Krallıqdan olan nüfuzlu teatr qurumlarının 16 tamaşası təqdim olunub. Festival zamanı nümayiş etdirilmiş unikal tamaşalar ictimaiyyətin böyük marağına səbəb olmaqla Azərbaycanın teatr həvəskarlarına unudulmaz təəssüratlar bəxş edib. Tamaşaları müşayiət edən zəngin ustad dərsləri və mühazirələr yeni fəaliyyətə başlayan rejissorlar, aktyorlar, dramaturqlar və digər peşəkarların öz həmkarları ilə görüşməsinə və fikir mübadiləsi aparmasına imkan yaradıb.