"Marvel"in qəhrəmanlarının "ata"sı vəfat etdi FOTO


Digərləri 13 Noy 2018 09:45:00 279 0

"Marvel"in qəhrəmanlarının "ata"sı vəfat etdi  FOTO

Məşhur amerikalı yazıçı, komikslər müəllifi, 95 yaşlı Sten Li dünən vəfat edib.

Son.az ABC-yə istinadən bildirir ki, iki ay sonra yazıçının 96 yaşı olacaqdı.

Mərhumun qızının dediyinə görə, dünən səhər saatlarında Sten Linin səhhəti qəflətən pisləşib və o, Los-Ancelesdəki "Cedars-Sinai Medical Center"ə aparılıb.

Hospitalın reanimasiya bölməsinə yerləşdirilmiş yazıçı az sonra keçinib.

Bu ilin fevralında ürəyində və tənəffüsündə problemlər yaranmış Li hospitala yerləşdirilmişdi. Sonralar o, bir neçə tədbirdə iştirakını səhhətindəki problemlərə görə ixtisara salmışdı.

2016-cı ilin əvvəllərində Li görmə qabiliyyətinin çox pisləşdiyindən şikayətlənmiş, oxumaq və yazmaq imkanlarını itirdiyini demişdi.