Bir neçə ay sonra dolların "taleyi" necə olacaq?


Digərləri 13 Noy 2018 09:49:00 300 0

Bir neçə ay sonra dolların "taleyi" necə olacaq?

ABŞ valyutasının yaxın beş ayda ucuzlaşmasını proqnozlaşdırmaq düzgün deyil.

Son.az oxu.az-a istinadən bildirir ki, belə qənaətə "Bloomberg" agentliyinin sorğu ünvanladığı analitiklər gəliblər.

Ekspertlər hesab edirlər ki, dollar 2019-cu ildə ucuzlaşacaq, lakin bu, ilin ilk kvartalında baş verməyəcək.

Analitiklər əmindirlər ki, ABŞ valyutasına ABŞ Federal Ehtiyat Sistemi (FES) və əmək bazarındakı yüksək göstəricilər dəstək olacaq. Qeyd olunur ki, "Bloomberg"in dollar indeksi son 18 ayda ən yüksək həddə çatıb.