Şimali Koreya Cənubi Koreya ilə sərhəddə 636 mina zərərsizləşdirib


Dünya 13 Noy 2018 09:26:00 262 0

Şimali Koreya Cənubi Koreya ilə sərhəddə 636 mina zərərsizləşdirib

Koreya Xalq Demokratik Respublikası (KXDR) Koreya Respublikası ilə sərhəddəki Phanmuncom məntəqəsi ərazisində quraşdırılmış 636 mina aşkar edib və zərərsizləşdirib.

Son.az Trend-ə istinadən bildirir ki, bunu Cənubi Koreyanın müdafiə naziri Çon Gyon Du deyib.

O qeyd edib ki, cənub tərəfdə heç bir mina tapılmayıb: "Lakin Şimali Koreya bizi 636 ədəd minanın zərərsizləşdirilməsi barədə məlumatlandırıb".