Tesla Model 3 Ferrari'dən daha tez gedir VİDEO


Digərləri 13 Noy 2018 08:55:00 261 0

Tesla Model 3 Ferrari'dən daha tez gedir  VİDEO

Tesla avtomobillərinin sistem təminatlarının yenilənməsi sürücülərə yeni emosiyalar bəxş etməyə davam edir. Belə ki, elektromobillərə gəlmiş yeni Track Mode rejimi sürücüləri əlavə sürət gücü ilə təmin edir. Qeyd etmək lazımdır ki, şirkətin elektromobilləri artıq uzun müddətdir ki, yerindən sürət yığmaqla məşhurdurlar. Məsələn keçən il Model S P100D modeli Ludicrous+ rejimi sayəsində saatda 96 kilometr sürəti 2.28 saniyəyə yığmışdı. Həmin vaxtdan bəri heç kim düz yolda Tesla elektromobillərinin sürət yığmasına şübhə ilə yanaşmadı. Lakin buna baxmayaraq yarış yolları hələ də Tesla elektromobillərinin zəif nöqtələrindən biri olaraq qalırdı.

Son.az technote.az-a istinadən bildirir ki, şirkət bu vəziyyəti dəyişmək qərarına gəldi və Track Mode rejimini təqdim etdi. Bu rejim xüsusi olaraq döngəli yarış yolları üçün nəzərdə tutulub. Sözügedən rejim Model S-dən əlavə olaraq Model 3-ün iki mühərrikli Perfomance versiyasında da aktivdir. Track Mode rejimində elektromobilin özünü necə aparmasına aşağıdakı videodan baxa bilərsiniz. Tesla öz saytında qeyd edib ki, bu rejim onun mühəndisləri tərəfindən bağlı yarış yolları üçün hazırlanıb.

Bu rejimin yaradılmasında əsas məqsəd sürətlə fırlanan təkər anından istifadə edərək elektromobilin döngələrdə dönməsi prosesini daha dinamik etmək idi. Lazımi nəticələrin əldə olunması üçün Tesla şirkəti məşhur avtomobil yarışçısı Randy Pobst-u dəvət edib. O isə öz növbəsində yenilənmiş proqram təminatının hazırlanması və optimizasiyasında Tesla mühəndislərinə öz məsləhətlərini verib. Randy Pobst yeni sistemi Kaliforniyadakı Willow Springs yarış yolunda test edib. Beləliklə Tesla elektromobilinin bir yarış yolu üzrə vaxt nəticəsi Porsche Cayman GT4 avtomobilinin nəticəsi ilə eyni olub və Ferrari 458 Italia avtomobilinin nəticəsini geridə qoyub.