İsrail Qəzzada 70dən artıq hədəfə zərbələr endirib


Dünya 13 Noy 2018 08:58:00 219 0

İsrail Qəzzada 70dən artıq hədəfə zərbələr endirib

İsrail ordusu raket atəşlərinə cavab olaraq yerdən və havadan Qəzza zolağında 70-dən artıq hədəfə zərbələr endirib.

Son.az Trend-ə istinadən bildirir ki, bu barədə İsrail ordusunun mətbuat xidməti xəbər verir.

Məlumatda deyilir: "Son saatlar ərzində İsrail təyyarələri, helikopterləri, digər uçuş aparatları və tankları Qəzza zolağında HƏMAS və "İslam cihadı"nın 70-dən artıq hərbi obyektinə zərbələr endirib".