Sosial şəbəkələrlə bağlı maraqlı faktlar


Digərləri 13 Noy 2018 08:59:00 266 0

Sosial şəbəkələrlə bağlı maraqlı faktlar

Əvvəllər nəsillər arasındakı fərqi daha yaxşı anlamaq üçün müxtəlif yaşlı insanların hansı TV proqramlarını izlədiyinə diqqət yetirilirdi. İndi isə onların hansı sosial medianı daha çox bəyəndiyinə fikir verilir.

Son.az strateq.az saytına istinadən bildirir ki, nüfuzlu data və araşdırma şirkəti olan "eMarketer"in bir tədqiqatına görə, "Facebook" bütün demoqrafik qruplar arasında 1 nömrəli sosial media platformasıdır. Yalnız bir demoqrafik qrup istisnadır: yeniyetmələr.

Kreativlik

Yaşı 12-17 arasında olan uşaqlar arasında "Facebook-dan istifadə səviyyəsinin ötən ilin fevralından bəri düşdüyü bəlli olub. Bu qrup başqa sosial media kanalına üstünlük verir. Söhbət "Snapchat"-dan gedir.

Əlbəttə, media seçimi məsələsində uşaqlar, onların valideynləri və nənə-babaları arasında zövq fərqinin olması qeyri-adi bir şey deyil. Müxtəlif demoqrafik qrupların zövqləri arasındakı fərqləri təkcə TV yox, həm də kino, jurnal və radio seçimlərində görmək olar. Əlbəttə, bu rəqəmsal dövrdə həmin media növlərinə çıxış tərzləri arasındakı fərqləri də nəzərdən qaçırmaq olmaz.

Maraqlıdır ki, bir çox illər ərzində bütün yaş qruplarının sosial media vərdişləri, əsasən, oxşar olub: onların hər birinin seçimləri arasında birinci yeri "Facebook" tutub. Ancaq "Snapchat"-ın ortaya çıxması ilə durum dəyişib. Snapchat uşaqlara çəkdikləri fotolara çoxsaylı filtrlər vasitəsilə kreativlik əlavə etmək imkanı verir. Üstəlik, bu çəkilən şəkillər (snəplər) dərhal yoxa çıxır. Bu isə çox şeyi valideynlərindən gizlətməyə can atan yeniyetmələr üçün çox vacibdir.

Facebook geridədir

"eMarketer" bildirir ki, bu il 16.4 milyon yeniyetmə "Snapchat"-dan istifadə edəcək. Qeyd edək ki, "Facebook" üçün bu göstərici 11.5 milyondur. Bu isə keçən ilkindən 600 min az istifadəçi deməkdir. Əslində, "Facebook" bu məsələdə "Instagram"-dan da geri qalıb. Bu il "Instagram"-dan istifadə edən yeniyetmələrin sayı 12.8 milyon civarında dəyərləndirilir.