Malibuda 370 villa yanıb


Dünya 13 Noy 2018 08:43:00 294 0

Malibuda 370 villa yanıb

ABŞ-ın Malibu şəhərində (Kaliforniya ştatının cənubu) meşə yanğınları davam edir.

Son.az Trend-ə istinadən bildirir ki, yanğın ştatda 370 ev və tikilini məhv edib. Daha əvvəl ştat hakimiyyəti 180-ə yaxın ecin yandığını bildrimişdi.

Qeyd edilir ki, 370 kvadrat kilometri əhatə edən yanğının yalnız 20 faizini lokallaşdırmaq mümkün olub.

Ümumilikdə ştatın şimalında və cənubunda davam edən meşələr yanğınları nəticəsində azı 31 nəfər həlak olub. İnsan ölümü halları ən çox ştatın şimalında qeydə alınıb. Burada yanğın 450 kvadrat kilometri əhatə edir və yanğının yalnız 25 faizini lokallaşdırmaq mümkün olub.