Turizmdən ən çox asılı olan şəhərin adı açıqlanıb


Digərləri 13 Noy 2018 08:18:00 238 0

Turizmdən ən çox asılı olan şəhərin adı açıqlanıb

Meksikanın Kankun şəhəri turizmdən ən çox asılı olan şəhər seçilib.

Son.az Trend-ə istinadən bildirir ki, Turizm və Səyahətlər üzrə Ümumdünya Şurasının ("WTTC") yaydığı məlumata görə, Kankun şəhərinin turizmdən gəliri ÜDM-nin 49,6 faizini təşkil edir.

Qeyd edək ki, Kankun 1972-ci ilə qədər adi kənd olub və sonra şəhəri məşhur kurorta çeviriblər. Şəhərə gedən turistlərin 63 faizi ABŞ vətəndaşlarıdır.

"WTTC"nin siyasında 2-ci yerdə Mərakeş şəhəri qərarlaşıb. Bu şəhərin turizmdən gəliri ÜDM-nin 30,2 faizini təşkil edir. Mərakeşə gələn turistlərin təxminən 33 faizi Fransa vətəndaşlarıdır.