Mavi balina oyununun daha bir qurucusu saxlanıldı


Digərləri 13 Noy 2018 08:05:00 255 0

Mavi balina oyununun daha bir qurucusu saxlanıldı

Rusiyada 2015-ci ildə çıxan və bütün dünyada 130-dan çox insanın ölümünə səbəb olan Blue Whale (Mavi Balina) oyununun qurucuları ilə əlbir olan bir nəfər də həbs edilib.

Xeberler.az xarici mediaya istinadən xəbər verir ki, Nikita Nearonov adlı bu rusiyalı gənc 10 uşağın intihar hadisəsində şübhəli bilinir.

Onun daha 40 nəfərlik bir qrup ilə də oyun ilə bağlı yazışmalar apardığı məlum olub.

Qeyd edək ki, polis onun çox ağıllı olduğunu və Moskvada maliyyə mütəxəssisi kimi yüksək maaşlı bir işdə işlədiyini bildirib.