Azərbaycanda qripə qarşı pulsuz peyvəndin edilməsi məqsədəuyğun sayılmır


Digərləri 13 Noy 2018 08:07:00 245 0

Azərbaycanda qripə qarşı pulsuz peyvəndin edilməsi məqsədəuyğun sayılmır

Rusiyada, eləcə də bir sıra Avropa ölkələrində əhali arasında kəskin respirator virus infeksiyaları və qripin yayılmasının qarşısını almaq üçün payız-qış mövsümü ərəfəsində insanlar qripə qarşı pulsuz peyvənd edilirlər. Qonşu Gürcüstanda isə əhalinin risk qrupuna daxil olan müəyyən təbəqəsi - 18 yaşadək uşaqlar, xroniki xəstələr, sığınacaqlarda yaşayan yaşlı insanlar qripə qarşı pulsuz peyvənd olunur.

Son.az bildirir ki, bunu Trend-ə Respublika Gigiyena və Epidemiologiya Mərkəzinin Hava-damcı infeksiyaları bölməsinin həkim-epidemioloqu Nəzmiyyə Brumendfard deyib.

Onun sözlərinə görə, Azərbaycanda qripə qarşı epidemioloji vəziyyət icazə verilən həddi keçmədiyi üçün qripə qarşı peyvəndin milli peyvənd təqvimə daxil edilməsi (milli peyvənd təqviminə daxil olan peyvəndlər məcburi qaydada və pulsuz həyata keçirilir) məqsədəuyğun sayılmır.

Onun sözlərinə görə, qrip virusunun antigen quruluşu çox dəyişkən olduğu üçün bir virusa qarşı peyvənd vurduran şəxs qripin digər tipinə yoluxa bilər.

N.Brumendfard qeyd edib ki, ölkə ərazisində dövr edən virusla bağlı vəziyyəti nəzarətdə saxlamaq üçün hər il kəşfiyyat xarakterli epidemioloji nəzarət tədbirləri aparılır. Bu il belə tədbirlərə oktyabrın 5-dən başlanılıb: